Bakı.Trend:
Qazaxıstan neft ixracı üçün əlavə marşrutları, o cümlədən Bakı–Supsa neft kəmərini nəzərdən keçirir.
Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstanın Energetika naziri Yerlan Akkejenov bəyan edib.
Bununla yanaşı, o qeyd edib ki, bu marşrutdan istifadə ilə bağlı Azərbaycan tərəfindən hələlik rəsmi təklif daxil olmayıb.
Xatırladaq ki, 2026-cı ilin may ayında Azərbaycan və Gürcüstan 2022-ci ilin yazında dayandırılmış Bakı–Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.
1999-cu ildə istismara verilən Bakı–Supsa neft kəməri “Azəri–Çıraq–Günəşli” blokundakı yataqlardan hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. Kəmərin uzunluğu 837 km, ötürücülük qabiliyyəti isə illik 7 milyon tondan çoxdur.
