Azərbaycandan Xorvatiyaya ixrac olunan neftin dəyəri açıqlandı

Energetika Materials 29 May 2026 15:40 (UTC +04:00)
Azərbaycandan Xorvatiyaya ixrac olunan neftin dəyəri açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar–aprel aylarında Azərbaycandan Xorvatiyaya bitumlu süxurlardan əldə edilən 276,3 min ton xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 162,7 milyon ABŞ dolları təşkil edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76 milyon ABŞ dolları və ya 31,8 faiz, həcm baxımından isə 152,1 min ton və ya 35,5 faiz azalıb.

Ötən ilin yanvar–aprel aylarında Azərbaycandan Xorvatiyaya 428,4 min ton neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri isə 238,7 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti