Netanyahu Qəzza ilə bağlı tapşırıq verdi

Dünya xəbərləri Materials 29 May 2026 10:09 (UTC +04:00)
Netanyahu Qəzza ilə bağlı tapşırıq verdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend

İsrailin Baş naziri Benyamin Netanyahu orduya Qəzza sektorunun ərazisinin 70%-i üzərində nəzarətin təmin olunması barədə tapşırıq verib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, İordan çayının qərb sahilində keçirilən konfransda çıxışı zamanı danışıb.

Netanyahunun sözlərinə görə, İsrail anklav üzərində nəzarəti mərhələli şəkildə genişləndirir. Hazırda ordu Qəzza sektorunun 60%-nə nəzarət edir, bundan əvvəl isə bu göstərici 50% olub.

“Mənim göstərişim addım-addım irəliləməkdir, ilk növbədə (nəzarət faizini) 70%-ə çatdırmaqdır”- deyə o vurğulayıb

Aprelin sonunda İsrail Müdafiə Ordusu beynəlxalq humanitar təşkilatlar arasında xəritələr yayıb. Həmin xəritələrə əsasən, Qəzza ərazisinin təxminən 64%-i İsrail hərbçilərinin nəzarəti altında olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti