Ağdam rayonunun bir sıra kəndlərində dolu müşahidə olunub (VİDEO)

Cəmiyyət Materials 29 May 2026 22:22 (UTC +04:00)
Ağdam rayonunun bir sıra kəndlərində dolu müşahidə olunub (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunun bir sıra kəndlərində dolu müşahidə olunub.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata əsasən, rayonda başlayan güclü yağış bir müddət sonra doluya çevrilib.

Dolu daha çox Əfətli, Hacıməmmədli, Zəngişalı, Qaradağlı və Aşağı Yüzbaşlı kəndlərində qeydə alınıb.

Qaranlıq hava şəraiti səbəbindən kənd təsərrüfatına dəyən ziyanın miqyası hələ dəqiqləşdirilməyib.

Hazırda Ağdam rayonunda qeyri-sabit, yağışlı hava şəraiti davam edir.

Xəbər lenti

Xəbər lenti