Bakı. Trend:
2026-cı ilin dekabrında keçiriləcək növbəti Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmasının mümkün nəticələri ilə bağlı hesabat təqdim olunacaq.
Trend-in Kremlin saytına istinadən verdiyi məlumata görə, bu barədə Astanada keçirilən iclasın yekunlarına dair AİB-ə üzv dövlət başçılarının birgə bəyanatında deyilir.
“Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Rusiya Federasiyasından olan Avrasiya Hökumətlərarası Şurasının üzvləri 2026-cı ilin dekabrında keçiriləcək növbəti Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan Respublikasına münasibətdə Avrasiya İqtisadi Birliyi haqqında Müqavilənin qüvvəsinin dayandırılmasının mümkün nəticələri barədə məruzə təqdim edəcəklər”, - bəyanatda bildirilir.
