Qlobal neft ehtiyatları rekord sürətlə azalır

Dünya xəbərləri Materials 30 May 2026 00:45 (UTC +04:00)
Qlobal neft ehtiyatları rekord sürətlə azalır

Bakı. Trend:

Hörmüz boğazı vasitəsilə neft nəqlində davam edən fasilələr qlobal iqtisadiyyatın sabitliyi və enerji təchizatı üçün artan risklər yaradır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının (WTO) rəhbərlərinin birgə bəyanatında qeyd olunub.

Bildirilir ki, qlobal neft ehtiyatları Hörmüz boğazındakı mövcud vəziyyət səbəbindən rekord sürətlə azalır.

“Təklif həcmləri normal səviyyəyə qayıtmayınca, Şimal yarımkürəsində yayda neft tələbinin pik həddi ərəfəsində qlobal neft ehtiyatlarının sürətlə azalmasının davam etməsi yanacaq təhlükəsizliyi, bazar şəraiti və bütövlükdə iqtisadiyyatın davamlılığı üçün artan risklər yaradacaq”, - deyə bəyanatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti