"Beşiktaş" Braziliya klubuna təklif göndərdi

İdman Materials 30 May 2026 01:57 (UTC +04:00)
"Beşiktaş" Braziliya klubuna təklif göndərdi

Bakı. Trend:

"Beşiktaş" yeni mövsüm üçün qapı xəttini gücləndirməyi planlaşdırır.

Trend xəbər verir ki, İstanbul nəhəngi "Flamenqo"da çıxış edən Aqustin Rossini transfer etmək istəyir. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

"Qara qartallar" argentinalı qolkiper üçün Braziliya klubuna rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki, Aqustin Rossi 2023-cü ilin yayından "Flamenqo"da çıxış edir. 30 yaşlı qapıçı cari mövsümdə komandanın heyətində 30 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti