İranda denqe qızdırmasına yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 30 May 2026 02:36 (UTC +04:00)
İranda denqe qızdırmasına yoluxanların sayı artıb

Bakı. Trend:

İranda denqe qızdırmasına yoluxma hallarının artdığı bildirilir.

Trend xəbər verir ki, bu barədə İran QİÇS Mərkəzinin rəhbəri, professor Mino Məhrəz məlumat verib.

Onun sözlərinə görə, xəstəliyi yayan ağcaqanad növü artıq uzun müddətdir ölkədə mövcuddur və xüsusilə durğun sularda sürətlə çoxalır.

“Bu ağcaqanadlar hətta çoxmərtəbəli binaların yuxarı mərtəbələrinə qədər uça bilir və yumurta qoymaq üçün cüzi miqdarda su kifayət edir”, – deyə professor bildirib.

Mino Məhrəz qeyd edib ki, denqe qızdırması insanlara ağcaqanad sancması vasitəsilə keçir və insanlar arasında birbaşa yoluxma baş vermir.

“İlk yoluxma zamanı simptomlar əsasən yüngül keçir və soyuqdəyməni xatırladır. Lakin təkrar yoluxma daha ağır nəticələrə səbəb ola, qanaxma və hətta ölümlə nəticələnə bilər. Xəstəliyin spesifik müalicəsi yoxdur, buna görə profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Qeyd olunub ki, sentyabr ayında İranda denqe qızdırmasına yoluxma hallarında artım müşahidə edilsə də, ölkə ərazisində yerli endemik yayılma faktı qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti