"İnter" "Bavariya"dan 40 milyon avro tələb edir

İdman Materials 30 May 2026 03:17 (UTC +04:00)
"İnter" "Bavariya"dan 40 milyon avro tələb edir

Bakı. Trend:

Yann Aurel Bissek bu yay Almaniyaya qayıda bilər.

Trend xəbər verir ki, "Bavariya" müdafiəçiyə ciddi maraq göstərir və artıq "İnter" ilə rəsmi danışıqlara başlayıb. İtaliya klubu futbolçu üçün 40 milyon avro tələb edir.

Xatırladaq ki, Bissek “Köln” akademiyasının yetirməsidir və Milanda üç mövsüm keçirib. O, Serie A 2025/26 mövsümündə 3 qol vurub.

Xəbər lenti

Xəbər lenti