Meksika xarici işlər nazirinin müavini Azərbaycanla münasibətlərin möhkəm olduğunu bəyan edib (FOTO)

Siyasət Materials 29 May 2026 23:22 (UTC +04:00)
Meksika xarici işlər nazirinin müavini Azərbaycanla münasibətlərin möhkəm olduğunu bəyan edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika ilə Azərbaycan arasında münasibətlər möhkəm olaraq qalır və tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını ifadə edirlər.

Trend xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin müavini Mariya Tereza Merkado "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd olunur ki, nazir müavini Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deputat Korina Villegas və Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyevlə birlikdə iştirak edib.

“Biz münasibətlərimizin möhkəmliyini təsdiqlədik, ortaq dəyərlərimizi vurğuladıq və əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan etdik. Azərbaycan xalqını və hökumətini təbrik edirik!” — deyə paylaşımda bildirilir.

Xəbər lenti

Xəbər lenti