ABŞ silah istehsalını artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 30 May 2026 08:50 (UTC +04:00)
ABŞ silah istehsalını artırmaq niyyətindədir

Bakı. Trend:

Biz qısa zamanda sursat istehsalını iki, üç, hətta dörd dəfə artırmaq üçün hərbi sənaye kompleksimizi gücləndiririk.

Trend xəbər verir ki, bunu ABŞ-nin müdafiə katibi Pit Heqset Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında deyib.

Pentaqon rəhbəri bildirib ki, bunun üçün yeni zavodlar tikiləcək.

Pit Heqset İrana qarşı döyüş əməliyyatlarını tam şəkildə yenidən başlatmaq üçün güclü arsenala sahib olduqlarını da bəyan edib.

“Silah ehtiyatlarımız kifayət qədərdir. Biz hərbi sursatları balanslı şəkildə tətbiq edirik", - deyə ABŞ müdafiə katibi bildirib.

Xəbər lenti

Xəbər lenti