UEFA Çempionlar Liqasında final günü

İdman Materials 30 May 2026 09:33 (UTC +04:00)
UEFA Çempionlar Liqasında final günü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Trend xəbər verir ki, final görüşündə Fransanın PSJ və İngiltərənin «Arsenal» klubları qarşılaşacaqlar.

Matç Macarıstanın paytaxtı Budapeştdə «Puşkaş Arena»da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Görüşün baş hakimi Almaniyadan olan FIFA referisi Daniel Zibert olacaq.

PSJ və «Arsenal» indiyədək UEFA-nın müxtəlif yarışlarında 7 dəfə qarşılaşıblar. Bu görüşlərdə hər iki komanda 2 qələbə qazanıb, 3 oyun isə bərabərliklə başa çatıb.

UEFA Çempionlar Liqası
Final

30 may

20:00 — PSJ (Fransa) – «Arsenal» (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

Məqalədə:

Xəbər lenti

Xəbər lenti