Çin mümkün ticarət məhdudiyyətlərini görməzdən gəlməyəcək

Dünya xəbərləri Materials 30 May 2026 17:40 (UTC +04:00)
Çin mümkün ticarət məhdudiyyətlərini görməzdən gəlməyəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin hakimiyyəti Avropa İttifaqının Çinə qarşı mümkün ticarət məhdudiyyətlərini görməzdən gəlməyəcək.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Ticarət Nazirliyinin sözçüsü deyib.

Onun sözlərinə görə, əgər Aİ birtərəfli qaydada yeni ticarət qaydaları və məhdudiyyətləri tətbiq edərsə, Çin öz maraqlarını qorumaq üçün qətiyyətli əks tədbirlərə əl atacaq".

O, Çin ilə Aİ arasında rabitə kanallarının etibarlı olaraq qaldığını qeyd edib, həmçinin Aİ-nin ÜTT qaydalarına riayət edəcəyinə, birtərəfli hərəkətlərə və proteksionizmə qarşı çıxacağına ümid etdiyini bildirib.

"Çinlə Aİ hər iki tərəfin xeyrinə birlikdə çalışa və fikir ayrılıqlarını dialoq yolu ilə həll edə bilər", - deyə Çin rəsmisi qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti