Münhen hava limanında uçuşlar PUA təhlükəsi ilə dayandırılıb

Dünya xəbərləri Materials 30 May 2026 13:24 (UTC +04:00)
Münhen hava limanında uçuşlar PUA təhlükəsi ilə dayandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın Münhen Beynəlxalq Hava Limanında səhər saatlarında pilotsuz uçuş aparatı (PUA) ilə bağlı şübhələr səbəbindən hava hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə həm uçuş, həm də eniş zolaqları bağlanıb, ümumi aviasiya fəaliyyəti qısa müddətlik dayandırılıb. Hadisə ilə bağlı polis və təhlükəsizlik qüvvələri dərhal əraziyə cəlb olunub və araşdırmalara başlayıblar.

Axtarış və yoxlama işlərinə helikopter də cəlb edilib. Hələlik PUA-nın mövcudluğunu təsdiqləyən əlavə dəlillər barədə rəsmi məlumat verilməyib.

Təhlükəsizlik tədbirləri çərçivəsində uçuşlar müvəqqəti dayandırılıb və onların nə zaman bərpa olunacağı hələlik açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti