Ağdərədə insan sümüklərinin qalıqları aşkarlanıb

Hadisə Materials 30 May 2026 10:37 (UTC +04:00)
Ağdərədə insan sümüklərinin qalıqları aşkarlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkarlanıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, tapılan sümük fraqmentlərinin Qəribov Balay Ələsgər oğlunun ailə üzvlərinə aid olduğu ehtimal edilir.

Sümük qalıqları ailənin yaşadığı evin həyətində, nəvəsi Bəxtiyar Əsgərov tərəfindən aparılan axtarışlar zamanı aşkar olunub.

Qeyd edək ki, 1992-ci il martın 12-də Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilən zaman ailənin 5 üzvü itkin düşüb. Bunlar 1890-cı il təvəllüdlü Qəribov Balay Ələsgər oğlu, onun həyat yoldaşı 1928-ci il təvəllüdlü İsmayılova Saray Eyvaz qızı, qızları — 1946-cı il təvəllüdlü Ələsgərova Zabilə Balay qızı və 1954-cü il təvəllüdlü Ələsgərova Ramilə Balay qızı, eləcə də nəvəsi, 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz Aydın qızı olub.

Aşkarlanan sümük fraqmentləri aidiyyəti qurumlar tərəfindən götürülərək ekspertiza üçün təqdim olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti