Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Cəmiyyət Materials 30 May 2026 13:09 (UTC +04:00)
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah avtomobil yollarındagözlənilən vəziyyət açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi azalacaq.

Belə ki, magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti