Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 30 May 2026 13:29 (UTC +04:00)
Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

1–5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi Bernhard Kelkes "Baku Energy Week"-də iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər edəcəklər.

Trend xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı Səfirliyi sosial media hesabında məlumat paylaşıb.

Məlumata görə, səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.

Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi, Bakı Enerji Forumunda iştirak, ADA University-də təqdimatların təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi gözlənilir.

"Yaxın günlərdə görüşlərlə bağlı daha ətraflı məlumat paylaşacağıq. İnanırıq ki, bu səfər Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlıq sahəsində yeni dialoq və tərəfdaşlıqların inkişafına töhfə verəcək", - paylaşımda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti