ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi

İqtisadiyyat Materials 30 May 2026 10:03 (UTC +04:00)
ABŞ Transxəzər qaz layihələrinə dəstəyini təsdiqlədi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Türkmənistan qazının Transxəzər istiqaməti ilə dünya bazarlarına çıxarılmasına dəstəyini bir daha ifadə edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Dövlət katibi Marko Rubio ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında Vaşinqtonda keçirilən görüşdən sonra yayılan məlumatda qeyd olunub.

Bildirilib ki, görüş zamanı tərəflər enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçiriblər. Marko Rubio həmçinin son dövrdə ticarət sahəsində əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək Türkmənistan tərəfinə təşəkkürünü çatdırıb.

Məlumata görə, ABŞ administrasiyası Türkmənistan təbii qazının ixrac marşrutlarının genişləndirilməsini, o cümlədən Transxəzər istiqaməti üzrə nəql imkanlarının inkişafını dəstəklədiyini vurğulayıb.

"Dövlət katibi Türkmənistan qazının Transxəzər marşrutları vasitəsilə ixracının şaxələndirilməsinə ABŞ-nin qəti dəstəyini ifadə edib", - bəyanatda deyilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti