Bakı. Trend:
İnsult nadir hallarda qəfil baş verir.
Trend xəbər verir ki, bunu Rusiya mediasına açıqlamasında Skandinaviya Sağlamlıq Mərkəzinin nevroloqu Tatyana Xrebtova bildirib
Onun sözlərinə görə, insultdan əvvəlki əsas simptom kimi keçici işemik tutmanı (TİH) müəyyən edilib.
"Mini insult kimi daha çox tanınan TİH beynin bir nahiyəsində qan axınının müvəqqəti pozulması epizodudur. Bu, kiçik bir laxtalanma ilə damarın tıxanması və ya spazmı nəticəsində yaranır. Bu, qanın hüceyrələrə normal çatmasına mane olur və əsl insult kimi simptomlara səbəb olur", - deyə nevroloq qeyd edib.
Həkim vurğulayıb ki, bir neçə dəqiqə və ya saat ərzində bədənin laxtanı özü həll etməsi, qan axınının bərpa olunması və simptomların yox olması baş verir. İnsanlar tez-tez hər şeyin öz-özünə keçdiyini düşünürlər, ona görə də tibbi yardım almırlar. Əslində, mini-insult keçirən hər beş xəstədən biri 90 gün ərzində tam insult keçirir. Risk xüsusilə ilk 48 saatda yüksəkdir.
Xrebtova qeyd edib ki, hipertoniya, qulaqcıqların fibrillyasiyası, diabet, yüksək xolesterol və piylənmə olan insanlarda mini-insult və sonrakı insult inkişaf riski daha yüksəkdir. Həkim əlavə edib ki, siqaret çəkmək, oturaq həyat tərzi, spirtli içki qəbulu və xroniki stress bu riski əhəmiyyətli dərəcədə artırır.
