Fidan İsraillə münasibətlərin normallaşması üçün şərti açıqlayıb

Dünya xəbərləri Materials 30 May 2026 17:51 (UTC +04:00)
Fidan İsraillə münasibətlərin normallaşması üçün şərti açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankara İsrail ilə münasibətlərin normallaşdırılmasına qarşı deyil, lakin bunun üçün müəyyən siyasi və humanitar şərtlər yerinə yetirilməlidir.

Trend Türkiyə mediasına istinadla xəbər verir ki, bunu XİN rəhbəri Hakan Fidan bildirib

Türkiyəli diplomat Fələstin məsələsi ilə bağlı vəziyyətin və Qəzza zolağında davam edən münaqişənin münasibətlərin bərpasına əsas maneə olaraq qaldığını qeyd edib. O, əlavə edib ki, Türkiyə humanitar böhranın bitməsini və iki dövlətli həll yolunda irəliləyiş gözləyir.

Fidan vurğulayıb ki, Ankaranın problemi İsrailin bir dövlət kimi mövcudluğunda deyil.

Nazirin sözlərinə görə, fikir ayrılıqları əsasən İsrail rəhbərliyinin fələstinlilərə qarşı siyasəti və Qəzzadakı hadisələrlə bağlıdır. O, mövcud vəziyyət dəyişərsə, iki ölkə arasında münasibətlərin bərpasının mümkün olduğunu açıq şəkildə bildirib.

Xəbər lenti

Xəbər lenti