Yeni Dövlət Proqramı kəndlərdə dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək - Rəy

İqtisadiyyat Materials 30 May 2026 15:58 (UTC +04:00)
Yeni Dövlət Proqramı kəndlərdə dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək - Rəy
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Proqramı aqrar sahəyə göstərilən davamlı diqqət və dəstəyin göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.

Onun sözlərinə görə, sənədin hazırlanması zamanı dövlət qurumları, assosiasiyalar və istehsalçılar arasında çoxsaylı müzakirələr aparılıb, sektorun real ehtiyac və təklifləri nəzərə alınıb.

Bəşir Quliyev qeyd edib ki, xüsusilə meyvə-tərəvəz və istixana sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və müasir texnologiyaların tətbiqi ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır.

"İnanırıq ki, proqram Azərbaycanın meyvə-tərəvəz sektorunun mövcud ixrac potensialından daha səmərəli istifadə edilməsinə, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə və kənd yerlərində dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək", - o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti