Bu il xarici ölkələrə səfər edən azərbaycanlıların sayı azalıb

Cəmiyyət Materials 30 May 2026 15:45 (UTC +04:00)
Bu il xarici ölkələrə səfər edən azərbaycanlıların sayı azalıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə azalıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il xaricə səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər olub.

Səfər edənlərin 40,8 faizi Türkiyəyə, 16,8 faizi Rusiyaya, 10,8 faizi Gürcüstana, 7,9 faizi İrana, 23,7 faizi isə digər ölkələrə gedib. Türkiyəyə səfərlərin sayı 7,5 faiz artsa da, Rusiya, Gürcüstan, İran və digər ölkələrə səfərlərdə azalma qeydə alınıb. Xaricə gedən vətəndaşların 67,3 faizini kişilər, 32,7 faizini isə qadınlar təşkil edib.

Xaricə səfər edənlərin 69,7 faizi hava nəqliyyatından, 28,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti