PSJ-nin qələbəsindən sonra Parisdə baş verən iğtişaşlar zamanı 140 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 31 May 2026 01:03 (UTC +04:00)
PSJ-nin qələbəsindən sonra Parisdə baş verən iğtişaşlar zamanı 140 nəfər saxlanılıb

Bakı. Trend:

Fransa paytaxtı Parisdə UEFA Çempionlar Liqasının finalı ilə bağlı baş verən iğtişaşlarda iştirak etdiklərinə görə ən azı 140 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" telelviziya kanalı xəbər verib.

Məlumata əsasən, 2216 yoxlamadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 89 cərimə tətbiq etmiş, 24 alovlandırıcı və təxminən 100 ədəd pirotexniki vasitə müsadirə edilib.

"Le Figaro" qəzetinin məlumatına əsaəsn, Parisdə təhlükəsizliyi təmin etmək üçün səfərbər edilmiş polis əməkdaşlarından biri yaralanıb. Bildirilib ki, bundan əlavə, paytaxtın XVI dairəsində bir çörək sexi və bir restoran zərər görüb. Bu ərazidə "Pari Sen-Jermen" (PSJ) klubunun "Park de Prens" stadionu yerləşir. Şanzelize ərazisində altı maşın və bir qəzet köşkü yanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti