Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - FHN (VİDEO)

Hadisə Materials 30 May 2026 21:31 (UTC +04:00)
Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - FHN (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, “Arpaçay” çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti