Bakı. Trend:
ABŞ-nin İran limanlarını blokadaya alması fonunda Hörmüz boğazında gəmiçilik üçün təhlükə səviyyəsi "kritik" olaraq qalır.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) xəbər verib.
Bəyanatda vurğulanıb ki, blokada İran limanlarından gələn və çıxan bütün trafikləri məhdudlaşdırır.
UKMTO xəbərdarlıq edib ki, Hörmüz boğazından keçən neytral ticarət gəmiləri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən ən azı 30 dəniz mili (təxminən 56 km) məsafədə dayanmalı və "təhdid kimi səhv salınma riskini azaltmaq üçün" ABŞ qüvvələrinin radio rabitəsinə və ya sorğularına cavab verməyə hazır olmalıdırlar.
