Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

Dünya xəbərləri Materials 30 May 2026 22:27 (UTC +04:00)

Bakı. Trend:

Mayın əvvəlindən etibarən Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba xəstəliyinə yoluxma üzrə 3 mindən çox hal və ən azı 37 ölüm qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "Punch" qəzeti ştatın səhiyyə orqanlarına istinadən xəbər verib.

Bildirilib ki, hazırkı epidemiya qətiyyətli və təcili reaksiya tələb edən ictimai səhiyyə fövqəladə vəziyyəti hesab olunur. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, epidemiya Borno ştatının 36 rayonuna yayılıb. Episentr ştatın paytaxtı Mayduquridədir və yoluxma hallarının yarıdan çoxu burada qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti