Bakı. Trend:
Fransanın "Pari Sen-Jermen" futbol klubu UEFA Çempionlar Liqasının qalibi olub.
Trend-in məlumatına görə, Fransa təmsilçisi finalda İngiltərənin "Arsenal" komandasını məğlub edib.
Budapeştdə keçirilən matçın əsas vaxtı 1-1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında PSJ qalib gəlib.
