Bakı. Trend:
Türkiyənin Qiresun vilayətindəki Qara dəniz sahili güclü yağışlardan sonra qəhvəyi rəngə boyanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Habertürk" telekanalı xəbər verib.
Məlumata əsasən, Qara dənizə axan çaylardan gələn yağış sularının təsiri nəticəsində sahilyanı ərazilərdə suyun rəngi dəyişib.
Suyun rəngindəki dəyişiklik Qara dənizə tökülən Aksu və Batlama çaylarının mənsəblərində müşahidə olunub.