İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb - Tramp

Dünya xəbərləri Materials 31 May 2026 07:15 (UTC +04:00)
İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Tehran münaqişəyə son qoymaq üçün danışıqlar zamanı nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb.

Trend-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə deyib.

“Saziş layihəsində indi İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi qeyd olunur. Bu, böyük fərqdir”, - deyə o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, potensial razılaşma, həmçinin imzalanmadan dərhal sonra Hörmüz boğazının açıla biləcəyini nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti