Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

İdman Materials 31 May 2026 14:02 (UTC +04:00)
Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Trend-ə bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Xəbər lenti

Xəbər lenti