SEPAH ABŞ bazasına cavab zərbəsi endirdiyini bildirib

Dünya xəbərləri Materials 1 İyun 2026 08:30 (UTC +04:00)

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Sirik adasına hücumun həyata keçirildiyi ABŞ hərbi bazasına cavab zərbəsi endirib.

Trend-in məlumatına görə, bu barədə SEPAH-ın açıqlamasında bildirilib.

"ABŞ ordusunun Hörmüzqan vilayətindəki Sirik adasında telekommunikasiya qülləsinə hücumuna cavab olaraq, SEPAH Aerokosmik Qüvvələri hücumun həyata keçirildiyi aviabazaya zərbə endirib", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti