Bakı
Prezident Donald Tramp razılaşmanın mətninə dəyişiklik etməyə çalışarsa, İran da ABŞ ilə bağlanacaq müqavilənin mətninə öz düzəlişlərini edəcək.
Trend-in məlumatına görə, bu barədə “Tasnim” xəbər agentliyi mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trampın müqavilə mətninə etdiyi düzəlişlər Tehranın onları avtomatik qəbul edəcəyi anlamına gəlmir. İran tərəfi belə dəyişikliklərə mütləq reaksiya verəcək. Mənbə əlavə edib ki, İslam Respublikası müqavilənin imzalanmaması ehtimalına da tam hazırdır.
