Myanmada güclü partlayış onlarla insanın həyatına son qoyub

Dünya xəbərləri Materials 31 May 2026 21:00 (UTC +04:00)

Bakı. Trend:

Myanmanın şimal-şərqində yerləşən Namxam qəsəbəsində baş verən partlayış nəticəsində azı 46 nəfər ölüb, 74 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.

Məlumata əsasən, partlayışın dağ-mədən sektorunda istifadə olunan partlayıcı maddələrin saxlanıldığı ehtimal edilən binada baş verdiyi bildirilir.

Hadisə yerində çalışan xilasedicinin sözlərinə görə, dağıntılar altından altısı uşaq olmaqla 46 nəfərin meyiti çıxarılıb. Yaralanan 74 nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanalara yerləşdirilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti