Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 31 May 2026 20:35 (UTC +04:00)
Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.Belə ki, hərəkətdə olan “Toyota” markalı, 99-UL-717 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Hacızadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti