İran və ABŞ arasında danışıqların nəticələri barədə danışmaq hələ tezdir - Əraqçi

Dünya xəbərləri Materials 31 May 2026 22:46 (UTC +04:00)
İran və ABŞ arasında danışıqların nəticələri barədə danışmaq hələ tezdir - Əraqçi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ilə danışıqlar barədə nəticə çıxarmaq hələ tezdir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, İran və ABŞ arasında vasitəçilər vasitəsilə danışıqlar və mesaj mübadiləsi davam edir, lakin konkret nəticələr əldə olunana qədər hər hansı bir nəticə çıxarmaq hələ tezdir.

"İndi deyilənlərin hamısı fərziyyələrdir və hər şey tamamilə aydınlaşana qədər heç bir əhəmiyyət verilməməlidir", - deyə nazir qeyd edib.

A. Əraqçi vurğulayıb ki, tərəflər arasında hazırkı qarşılıqlı əlaqə prosesi davam edir və yekun qiymətləndirmələr yalnız real irəliləyiş əldə edildikdən sonra edilə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti