Çin Çexiya Senat sədrinin Tayvana səfərini daxili işlərinə müdaxilə adlandırıb

Dünya xəbərləri Materials 1 İyun 2026 05:24 (UTC +04:00)
Çin Çexiya Senat sədrinin Tayvana səfərini daxili işlərinə müdaxilə adlandırıb

Bakı. Trend:

Çinin Çexiyadakı səfirliyi Çexiya parlamentinin Senatının sədri Miloş Vıstrçilin Tayvana səfərini “Çinin daxili işlərinə ciddi müdaxilə” kimi qiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə diplomatik missiyanın rəsmi açıqlamasında bildirilib.

Qeyd olunub ki, Vıstrçil “Çinlə münasibətlərə dair mövcud Çexiya ictimai mövqeyini nəzərə almadan” və “şəxsi maraqlara əsaslanaraq” Tayvana səfər edir. Bəyanatda bu addımın “Çinin suverenliyini və ərazi bütövlüyünü pozduğu” iddia olunub və Çin tərəfinin bunu qətiyyətlə pislədiyi vurğulanıb.

Çexiyanın ČTK agentliyinin məlumatına görə, Miloş Vıstrçili səfər zamanı sahibkarlar, universitet və mədəniyyət nümayəndələri müşayiət edir. O, Tayvan rəhbərliyi ilə görüşlər keçirəcək, eləcə də beynəlxalq “Innovex” startap sərgisində Çexiya pavilyonunu açacaq. Səfərin iyunun 1-dən 4-dək davam edəcəyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti