İran prezidentin istefası ilə bağlı xəbərləri təkzib edib

Dünya xəbərləri Materials 1 İyun 2026 01:28 (UTC +04:00)
İran prezidentin istefası ilə bağlı xəbərləri təkzib edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkyan vəzifələrini yerinə yetirməyə və xalqın maraqlarına xidmət etməyə davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdir müavini Mehdi Təbatəbai "X" sosial şəbəkəsində yazıb.

O, İran prezidentinin istefası ilə bağlı yayılan məlumatları əsassız adlandırıb və bunu xarici medianın fəaliyyəti ilə əlaqələndirib.

Xatırladaq ki, daha əvvəl "Iran International" telekanalı İran prezidenti Məsud Pezeşkyanın dövlət hakimiyyətinin əsas sahələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin tam nəzarəti altına keçməsi səbəbindən istefa verdiyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti