Somali sahillərində piratlar tankeri ələ keçiriblər

Dünya xəbərləri Materials 1 İyun 2026 02:33 (UTC +04:00)

Bakı. Trend:

Dəniz quldurları Hind okeanında, Somali sahilləri yaxınlığında bir tankeri ələ keçiriblər.

Trend-in məlumatına görə, bu barədə “Dalsan” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, hücum Somali piratları tərəfindən həyata keçirilib. Hadisə Somalinin şimal-şərqində, Puntland bölgəsi yaxınlığında baş verib. Tanker Berbera limanından Moqadişu limanına doğru hərəkət edirdi.

Gəminin adı və hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti