Bakı. Trend:
Son üç həftə ərzində ABŞ ordusu Hörmüz boğazından keçən təxminən 70 gəmiyə dəstək göstərib.
Trend-in məlumatına görə, bu barədə “The New York Times” qəzeti adları açıqlanmayan ABŞ administrasiyası rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri sözügedən gəmilərə yardım edib. Bildirilir ki, gəmilərin əksəriyyəti boğazdan keçərkən transponderlərini söndürüb.
ABŞ rəsmiləri dəstək göstərilən gəmilərin növləri barədə əlavə məlumat verməyiblər.