Bakı. Trend:
İran və ABŞ arasında müzakirələr və mesajların mübadiləsi etimadsızlıq şəraitində aparılır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran əvvəlcədən bilirdi ki, müzakirələr etimadsızlıq şəraitində keçəcək. Bu baxımdan diplomatiya gücə alternativ deyil. Müzakirə və diplomatiya tərəflər arasında etimadın məhsulu deyil. Bütün bunlar bir-birindən ayrı məsələlərdir.
“Belə bir şəraitdə qarşı tərəf öz mövqeyini davamlı şəkildə dəyişir. Yeni və ya ziddiyyətli tələblər irəli sürür, fərqli və ziddiyyətli mesajlar göndərir. Təbii ki, bu vəziyyət müzakirə prosesinin uzanması ilə nəticələnir”, - deyə o qeyd edib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
