Səudiyyə Ərəbistanı və BƏƏ bərpa olunan enerji layihələrində Özbəkistanın əsas tərafdaşlarına çevriliblər - nazir

İqtisadiyyat Materials 1 İyun 2026 18:06 (UTC +04:00)
Səudiyyə Ərəbistanı və BƏƏ bərpa olunan enerji layihələrində Özbəkistanın əsas tərafdaşlarına çevriliblər - nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bərpa olunan enerji layihələrində Özbəkistanın əsas investisiya tərəfdaşlarına çevrilib.

Trend xəbər verir ki, bunu Özbəkistanın Energetika naziri Jurabek Mirzamahmudov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" mövzulu nazirlərin sessiyasında bildirib.

Nazir qeyd edib ki, bərpa olunan enerji mənbələri (BEM) sahəsində Türkiyə dövlət–özəl tərəfdaşlığı (PPP) layihələrində Özbəkistana ilk dəstək verən ölkə olub.

“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bərpa olunan enerji layihələrində əsas tərəfdaş-investorlar oldu, islahatlarımızı dəstəklədilər və investisiyaların cəlb olunmasına töhfə verdilər. Çin isə — mən həmişə demişəm ki, əvvəllər Çinin Özbəkistandakı şirkətləri yalnız EPC podratçıları (layihələndirmə, təchizat və tikinti) kimi fəaliyyət göstərirdilər — artıq investisiya yatırmağa başlayıb”, - deyə o bildirib.

Mirzamahmudov əlavə edib ki, SOCAR ilə bp Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti