Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib”, — deyə məlumatda bildirilir.
Liderlər telefon danışığı zamanı həmçinin 29 mayda Astanada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarını da müzakirə ediblər.
Bundan əvvəl Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ilə bağlı referendum keçirilməsi məsələsinə münasibət bildirmişdi. Onun sözlərinə görə, İrəvan hələlik belə bir referendumun keçirilməsini planlaşdırmır.
