Hazırkı mərhələdə İranın nüvə proqramı haqda heç bir müzakirə aparılmayıb – XİN

Dünya xəbərləri Materials 1 İyun 2026 12:09 (UTC +04:00)
Hazırkı mərhələdə İranın nüvə proqramı haqda heç bir müzakirə aparılmayıb – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında müzakirələr üzrə hazırkı mərhələdə İranın nüvə proqramı haqda hər hansı müzakirə aparılmayıb.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran lazım olduğu vaxtda nüvə proqramı ilə əlaqədar məsələlər haqda hansı formada addımlar atacağını yaxşı bilir.

Bəqai bildirib ki, İran və ABŞ arasında müzakirələrin hazırkı mərhələsində İran diqqətini müharibəyə son qoyulmasına yönəldib.

“Müzakirələrdə əsas problem qarşı tərəfin ziddiyyətli mövqelər sərgiləməsi və davamlı şəkildə mövqeyini dəyişməsidir”, - deyə o qeyd edib.

İranın tələblərinə gəldikdə, nazirlik rəsmisi qeyd edib ki, İranın xarici ölkələrdə dondurulmuş vəsaitinin sərbəst buraxılması dəqiqləşdirilmiş tələbdir. Hazırda isə onun hansı formada həyata keçirilməsi araşdırılmaqdadır.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti