Rusiyadan gələn tanker saxlanılıb - Makron

Dünya xəbərləri Materials 1 İyun 2026 11:13 (UTC +04:00)
Rusiyadan gələn tanker saxlanılıb - Makron
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan hərəkət edən “Tagor” tankerini saxlayıb.

Trend xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, hadisə mayın 31-i səhər saatlarında baş verib.

“Bu əməliyyat (tankerin saxlanılması – red.) Atlantik okeanında, açıq dənizdə bir sıra tərəfdaşların, o cümlədən Böyük Britaniyanın dəstəyi ilə və dəniz hüququna tam uyğun şəkildə həyata keçirilib”, – deyə Makron yazıb.

O bildirib ki, gəmilərin beynəlxalq sanksiyalardan yan keçməsi, dəniz hüququnu pozması və Ukraynadakı münaqişənin maliyyələşdirilməsinə töhfə verməsi yolverilməzdir.

Makron əlavə edib ki, dəniz naviqasiyasının ən elementar qaydalarına belə məhəl qoymayan bu gəmilər həm də ətraf mühitə və insanların təhlükəsizliyinə təhdid yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti