İran ABŞ ilə sülh sazişi bağlamaq istəyir - Tramp

Dünya xəbərləri Materials 1 İyun 2026 10:38 (UTC +04:00)
İran ABŞ ilə sülh sazişi bağlamaq istəyir - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rəsmi Tehran Vaşinqtonla sülh sazişi bağlamaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz şəxsi “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Ağ Ev rəhbərinin fikrincə, sazişin müddəaları ABŞ maraqlarına uyğun olacaq.

“İran həqiqətən saziş bağlamaq istəyir və o, həm ABŞ, həm də ABŞ-nin yanında olanlar üçün faydalı olacaq”, -deyə Tramp “Truth Social” hesabında yazıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti