İndoneziyada II Dünya müharibəsinə aid bomba partlayıb – Ölənlər var

Dünya xəbərləri Materials 1 İyun 2026 09:48 (UTC +04:00)
İndoneziyada II Dünya müharibəsinə aid bomba partlayıb – Ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İndoneziyanın şərqində İkinci Dünya müharibəsi dövrünə aid olduğu iddia edilən bombanın partlaması nəticəsində beş nəfər həlak olub, üç nəfər isə itkin düşüb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Qəzetin məlumatına görə, hadisə bazar günü günorta saatlarında Papua əyalətinin Biak-Numfor dairəsində baş verib.

“Partlayışın İkinci Dünya müharibəsi dövründən qalmış bomba səbəbindən baş verdiyi ehtimal olunur. Araşdırma davam edir”,- deyə yerli polis bildirib.

Mediaa yayılan məlumata görə, azı 19 nəfər xəsarət alıb.

Partlayış hadisə yerinin yaxınlığında yerləşən altı evi yerlə yeksan edib. Şahidlərin ilkin ifadələrinə əsasən, hakimiyyət orqanları bombanın yerli sakinlərin sursatı açmağa cəhd göstərdiyi zaman partlamış ola biləcəyini ehtimal edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti