“PAŞA Sığorta” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsünə qoşulub

Cəmiyyət Materials 1 İyun 2026 11:38 (UTC +04:00)
“PAŞA Sığorta” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsünə qoşulub

Bakı. Trend:

“PAŞA Sığorta” şirkəti Qurban bayramı münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən sosial yönümlü layihədə iştirak edib.

Təşəbbüs çərçivəsində həyata keçirilən fəaliyyətlər bayram sevincinin daha geniş paylaşılmasına töhfə verib. Bu cür layihələr “PAŞA Sığorta”nın korporativ sosial məsuliyyət yanaşmasının ayrılmaz hissəsi olaraq cəmiyyətlə dayanıqlı əlaqələrin qurulmasına xidmət edir.

Qurban bayramının paylaşma, həmrəylik və qayğı kimi dəyərləri əks etdirdiyini nəzərə alaraq, layihə müxtəlif ailələrin bayram ovqatını birlikdə yaşamasına imkan yaradıb.

“PAŞA Sığorta” Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində gələcəkdə də sosial yönümlü layihələrdə iştirak etməyi və cəmiyyət üçün dəyər yaradan təşəbbüsləri davam etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti