Azərbaycan az vəsaitlə yüksək nəticə qazanıb - Urxan Ələkbərov

Cəmiyyət Materials 1 İyun 2026 11:26 (UTC +04:00)
Azərbaycan az vəsaitlə yüksək nəticə qazanıb - Urxan Ələkbərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz inkişafında tam yeni mərhələyə keçib və bu innovativ inkişaf mərhələsidir. Artıq bu sahədə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan bir çox nailiyyətlər əldə edilib.

Trend xəbər verir ki, bunu Dövlət İdarəçilik Akademiyasının rektoru professor Urxan Ələkbərov Özbəkistan dövlət qulluqçularının Azərbaycanda dövlət siyasəti mövzusunda təlimlərinin açılışından öncə jurnalistlərə açıqlamasında deyib.

Professor bildirib ki, idarəçiliyin çox sadə bir düsturu var: imkanlar, idarəetmə, nəticə:

“Azərbaycan nümayiş etdirdi ki, nisbətən az vəsaitlə daha yüksək nəticələr əldə oluna bilər. Bu nəticənin əldə edilməsi isə dövlət idarəçiliyində istifadə olunan yeni texnologiyalarla bağlıdır. Azərbaycanda xüsusilə sinergetik texnologiyalardan istifadə olunur ki, bu da dövlət-özəl tərəfdaşlığı ilə yanaşı vətəndaş cəmiyyətinin iştirakını nəzərdə tutur”.

Rektor vurğulayıb ki, bu gün strateji partnyorumuz, bizə ən yaxın ölkələrdən biri olan Özbəkistandan gələn həmkarlar, mütəxəssislər qəbul edilib:

“Bu texnologiyaları onlarla bölüşəcəyik. Tədbirdə Özbəkistanın səfirinin iştirakı da məni çox şad edir. Bundan əvvəl Qazaxıstanın Dövlət İdarəçilik Akademiyasından bu texnologiyaları öyrənmək üçün gəlmişdilər. Ayın 15-dən sonra Qazaxıstandan daha bir qrupun gəlişi planlaşdırılır. Həmçinin, Çin Xalq Respublikası ilə bu barədə müqavilə bağlanıb”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti