Netanyahu orduya Beyruta zərbələr endirməyi əmr edib

Dünya xəbərləri Materials 1 İyun 2026 12:42 (UTC +04:00)
Netanyahu orduya Beyruta zərbələr endirməyi əmr edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə Beyrutun (Livan) cənubunda – şəhərkənarında "Hizbullah"a aid hədəflərə zərbələr endirməyi əmr edib.

Trend bu barədə İsrail mediasına istinadən xəbər verir.

“Livanda "Hizbullah" terror təşkilatının atəşkəs razılaşmasının şərtlərini təkrar-təkrar pozmasını və bizim şəhərlərə və vətəndaşlara qarşı hücumları nəzərə alaraq, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz IDF-ə Beyrutun Dahiyə rayonunda yerləşən terror hədəflərinin vurulmasına dair göstəriş verib”,-deyə birgə bəyanatda qeyd edilir.

Buna qədər - atəşkəs dövründə İsrail Tramp administrasiyasının xahişi əsasında Beyruta zərbələr endirmidi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti