Bakı. Trend:
Bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində "Siemens Energy" şirkəti ilə "Green Corridor Alliance JV’’ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə Trend-ə müsahibəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru və İdarə Heyətinin üzvü Nargis Vik bildirib.
"Palata olaraq biz də digər Avropa ölkələri ilə birlikdə bu layihəni dəstəkləyirik", – deyə Nargis Vik vurğulayıb.
O qeyd edib ki, memorandum sərgi çərçivəsində keçirilən tədbir
zamanı imzalanıb və "Siemens Energy" də AHK Azerbaijan-ın
üzvlərindən biridir.
Nargis Vikin sözlərinə görə, "Green Corridor Alliance JV" təşkilatı
çoxtərəfli hökumətlərarası təşkilatdır və regionda yaşıl enerji
layihələrinin inkişafında mühüm rol oynayır.
